Zelenski HHM sistemlərinin Moskva ətrafında cəmləşdirilməsi fonunda orduya tapşırıq verib
Dünya
196
18:50, Bu gün

Zelenski HHM sistemlərinin Moskva ətrafında cəmləşdirilməsi fonunda orduya tapşırıq verib

Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Moskva ətrafında cəmləşdirməsi Ukrayna üçün yeni zərbə imkanları yaradır.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Baş Kəşfiyyat İdarəsinin rəhbəri Oleq İvaşenkonun məruzəsinin nəticələrinə əsasən bildirib.

O qeyd edib ki, Rusiya rəhbərliyi paytaxtdakı hərbi paradın təhlükəsizliyinə ölkənin digər regionlarından daha çox önəm verir.

“Bu göstərir ki, Rusiya rəhbərliyi dəfələrlə bəyan edilən atəşkəsə hazırlaşmır və bütün ölkədən daha çox Moskvadakı parada görə narahatdır”, - Ukrayna lideri vurğulayıb.

Zelenski əlavə edib ki, HHM sistemlərinin paytaxt ətrafında toplanması digər bölgələrin hava hücumundan müdafiəsini zəiflədir:

“Bu, bizim “uzaqmənzilli sanksiyalarımız” üçün əlavə imkanlar açır. Müvafiq prioritetlərimiz müəyyən ediləcək”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər