Zelenski: Macarıstan “Oşadbank”a məxsus vəsait və qızıl külçələri Ukraynaya qaytarıb
Dünya
202
18:48, Bu gün

Zelenski: Macarıstan “Oşadbank”a məxsus vəsait və qızıl külçələri Ukraynaya qaytarıb

Macarıstan mart ayında ələ keçirilmiş “Oşadbank”a məxsus vəsaiti və qızıl külçələri Ukraynaya geri qaytarıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

O qeyd edib ki, bu addım iki ölkə arasındakı münasibətlərdə mühüm əhəmiyyət daşıyır: “Onlar bu ilin martında Macarıstan xüsusi xidmət orqanları tərəfindən ələ keçirilmişdi. Həmin vaxt Macarıstan tərəfi ukraynalı inkassatorları qanunsuz saxlamışdı. İnsanları daha tez geri qaytarmışdıq, indi isə vəsait və qızıl külçələr tam şəkildə Ukrayna ərazisinə çatdırılıb”.

Zelenski həmçinin Macarıstana təşəkkür edib: “Bu konstruktiv və sivil addıma görə Macarıstana təşəkkür edirəm”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər