Paşinyan Zelenski ilə Ermənistan–Ukrayna əməkdaşlığının inkişafını müzakirə edib
Dünya
199
19:20, Bu gün

Paşinyan Zelenski ilə Ermənistan–Ukrayna əməkdaşlığının inkişafını müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin vacibliyini vurğulayaraq ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Ermənistan və Ukrayna liderləri regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apararaq, davamlı və uzunmüddətli sülhün təşviq edilməsinin zəruriliyini qeyd ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər