İnsan genomunu deşifrə edən alim ölüb
Dünya
142
17:10, Bu gün

İnsan genomunu deşifrə edən alim ölüb

İnsan genomunu deşifrə edilməsində əsas iştirakçılardan olan ABŞ-li alim və sahibkar Con Kreyq Venter vəfat edib. O, 79 yaşında dünyasını dəyişib.

Moderator.az-ın Kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Con Kreyq Venter İnstitutundan məlumat verilib.

İnstitut bildirib ki, o, bir müddət əvvəl xərçəng müalicəsində baş verən ağırlaşmalar səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

1990-cı illərdə Venter "İnsan genomu" dövlət layihəsinə etiraz edərək, onun çox ləng olduğunu hesab edib. Onun şirkəti olan "Celera" daha sürətli ardıcıllıq metodu ilə işləyirdi. 2000-ci ildə şirkət beynəlxalq konsorsiumla birlikdə insan genomunun ilk versiyalarının yığıldığını elan edib. Bu irəliləyiş xəstəliklərin təbiətinin öyrənilməsində əhəmiyyətli addım olub.

Bundan 5 il əvvəl, 1995-ci ildə Venter ilk dəfə olaraq tam şəkildə "Haemophilus influenzae" bakteriyasının genomunu deşifrə edib və bununla da mikrobiologiyada yeni dövrün başlanğıcını qoyub. İşdə Nobel mükafatı laureatı Smit Hemilton da daxil olmaqla, aparıcı alimlər iştirak ediblər.

Akademik konsorsiumla rəqabət Ağ Evdə Bill Klintonun da iştirakı ilə nəticələrin simvolik şəkildə elan edilməsi ilə nəticələnib. Venterin töhfələri daha sonra hökumət mükafatları ilə təltif edilib. Medallardan birini ona Barak Obama təqdim edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər