Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib
Siyasət
207
16:55, Bu gün

Ukraynanın İrpen şəhər Şurası İlham Əliyevi fəxri vətəndaş elan edib

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan Prezidenti İlham Əliyevi şəhərin fəxri vətəndaşı elan edib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.

O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.

Azərbaycandan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketi göndərilib.

Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər