Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat
Dünya
230
16:00, Bu gün

Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat

Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.

Moderator.az xəbər verir ki , bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat verib.

"Təhlükəsizlik orqanları Krasnodar bölgəsində qətllərdə, iqtisadi cinayətlərdə iştirak edən mütəşəkkil dəstənin liderləri - Ruben Tatulyan (ləqəbi "Robson") və Vigen Sarkisyana (ləqəbi "Şlyapa") qarşı başlanmış iş üzrə istintaqı davam etdirirlər. Krasnodarda Sarkisyanın yaxın qohumlarına məxsus üç ünvanda və onun nəzarətində olan notariat kontorunun rəhbəri Yelena Laqodinanın ofisində axtarışlar aparılıb. İstintaqla əlaqəli əşyalar və sənədlər, o cümlədən "Glock" və "PM" tapançaları müsadirə edilib", - deyə agentliyi məlumatlandıran mənbə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər