Fransa ABŞ–İran danışıqları fonunda diplomatik həllə dəstək verdi
Bizi sosial şəbəkələrdən izləyin:
Fransa Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsini vacib hesab edir və ABŞ ilə İran arasında aparılan danışıqların sülhə töhfə verəcəyinə ümid edir.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib. Məlumata görə, fransalı nazir ölkəsinin mövqeyini bir daha ifadə edərək, diplomatik prosesin davamının bölgədə sabitliyin bərpası baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Abbas Əraqçi isə danışıq zamanı atəşkəslə bağlı son vəziyyət və gedən proseslər barədə məlumat verib. O, müharibənin dayandırılması istiqamətində diplomatik təşəbbüslərin gücləndirilməsinin vacibliyini qeyd edib və Avropa ölkələrinin bu prosesdə daha fəal rol oynamasının əhəmiyyətinə diqqət çəkib.
Tərəflər həm ikitərəfli münasibətlərin, həm də regional məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyini vurğulayıblar.