Netanyahu Hizbullahı atəşkəsi pozmaqda ittiham edib, Livanın cənubuna zərbə endirilib
Dünya
187
16:50, Bu gün

Netanyahu Hizbullahı atəşkəsi pozmaqda ittiham edib, Livanın cənubuna zərbə endirilib

İsrail Baş naziri Benyamin Netanyahu Hizbullahı atəşkəsi pozmaqda ittiham edib, Livanın cənubuna hava zərbələri endirilməyə başlanılıb.

 

Moderator.az “The Times of Israel”-ə istinadən xəbər verir ki, Benyamin Netanyahu bildirib ki, Hizbullahın hərəkətləri İsrail ilə Livan arasında atəşkəsi təhlükə altına salır və bu qruplaşma qətiyyətlə hədəf alınacaq.

 

Baş nazir qeyd edib ki, ötən həftə uzadılan razılaşmanın şərtlərinə görə, İsrail terror qruplaşmasından gələn təhdidlərə cavab vermək hüququnu özündə saxlayır: “Biz ABŞ-la və eyni zamanda Livanla razılaşdırılmış çərçivədə qətiyyətlə hərəkət edirik. Bu, təkcə hücumlara cavab vermək deyil, həm də dərhal və potensial yaranan təhdidlərin qarşısını almaq üçün hərəkət azadlığı deməkdir”.

 

Qeyd edək ki, İsrail Ordusu Livanın cənubunda Mayfadun, Şukin, Yohmar, Arnun, Zavtar əş-Şərqiyə və Kfar Tebnit kəndlərinin boşaldılmasını əmr edib.

 

İsrailin təxliyə xəbərdarlıqlarından sonra Livan mediası ölkənin cənubuna bir neçə hava zərbəsi endirildiyi barədə məlumat yayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər