Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünya
303
15:10, Bu gün

Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atışmadan sonra Prezident Donald Tramp da daxil olmaqla, iştirak edən hər kəsin təhlükəsiz olması sevindiricidir.

Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas X-da paylaşımında bildirib.

“Demokratik bir cəmiyyətdə siyasi zorakılığın yeri yoxdur. Azad mətbuatı şərəfləndirmək üçün nəzərdə tutulmuş bir tədbir heç vaxt qorxu səhnəsinə çevrilməməlidir. Yaralanan zabitə tezliklə sağalmasını arzulayıram”, - deyə Kaya Kallas qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər