İsti hava gələcək nəsilləri dəyişdirə bilər
Dünya
155
09:10, Bu gün

İsti hava gələcək nəsilləri dəyişdirə bilər

Qısamüddətli güclü isti təkcə insan orqanizminə deyil, gələcək nəsillərə də təsir göstərə bilər.

Moderator.az xəbər verir ki, bu barədə Earth.com yazır.

Araşdırmaya görə, istilik stresi genlərdə bir növ "yaddaş" yarada və bu təsir sonrakı nəsillərə ötürülə bilər. Nəticədə nəsillərin inkişafı sürətlənə, orqanizmin fəaliyyəti isə dəyişə bilər.

Tədqiqat meyvə milçəkləri üzərində aparılıb. Alimlər Finlandiyanın sərin iqlimindən və İspaniyanın isti bölgəsindən olan iki populyasiyanı müqayisə ediblər. Dişi milçəklər qısa müddət ərzində 37 dərəcə temperaturun təsirinə məruz qalıb.

Nəticədə istilikdən qoruyan minlərlə gen aktivləşib. Daha maraqlı məqam isə sonrakı mərhələdə üzə çıxıb: yüksək temperatura məruz qalmayan nəsillərdə də gen dəyişiklikləri müşahidə olunub.

Xüsusilə, İspaniya populyasiyasında bu dəyişikliklər bir neçə nəsil boyunca davam edib. Belə milçəklərin nəsilləri daha sürətli inkişaf edib və erkən yetkinliyə çatıb.

Alimlər hesab edirlər ki, bu cür dəyişikliklər iqlim dəyişikliklərinə uyğunlaşmada mühüm rol oynaya bilər. Orqanizm yaşadığı təcrübəni DNT-ni dəyişmədən - epigenetik mexanizmlər vasitəsilə ötürə bilir.

Link kopyalandı!
Son xəbərlər