Bizi sosial şəbəkələrdən izləyin:
Qayana və Perudan gətirilən 30 ərincək ABŞ-də lazımi saxlanma şəraiti olmadığından ölüb.
Moderator.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Heyvanların Florida ştatının Orlando şəhərində yerləşən əyləncə mərkəzi üçün alındığı bildirilib.
Ərincəklərin yerləşdirildiyi anbar soyuq hava şəraitində heyvanların saxlanması üçün lazımi qaydada hazırlanmayıb. Binada elektrik və su təchizatı da olmayıb.
Hipotermiya nəticəsində Qayanadan gətirilmiş 21 heyvan ölüb. Perudan gətirilmiş iki ərincək daşınma zamanı tələf olub, daha səkkiz heyvan isə yorğunluqdan həyatını itirib.
Xəbərdə qeyd olunur ki, Mərkəzi Amerika və Cənubi Amerikada yaşayan bu heyvanlar iqlim dəyişikliyi səbəbindən nəsli kəsilmə təhlükəsi ilə üzləşə bilər. 2100-cü ilə qədər temperaturun 2-6 dərəcə artacağı proqnozlaşdırılır. Bu isə yüksək dağlıq ərazilərdə yaşayan ərincəklərdə enerji emalı imkanlarının məhdudluğu səbəbindən ciddi metabolik gərginlik yarada bilər.