Tramp:
Dünya
259
00:02, Bu gün

Tramp: "ABŞ İrandan yeni təklif alıb"

ABŞ Prezidenti Donald Tramp İrandan yeni bir təklif alıb.

Moderator.az xəbər verir ki, Florida ştatının Palm Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə verdiyi açıqlamada Tramp İranın Amerika tərəfinə daha yaxşı təklif verməli olduğunu deyib:

"Maraqlısı odur ki, mən onu (Pakistana səfəri - red) ləğv etdikdən dərhal sonra 10 dəqiqə ərzində yeni sənədlər aldıq və onlar daha yaxşıdır. Onlar çox şey təklif ediblər, amma bu, kifayət deyil", - deyə ABŞ Prezidenti bildirib.

O həmçinin İranın nüvə silahına sahib olmamalı fikrini təkrarlayıb və danışıqlarda ABŞ-nin bütün kartları əlində saxladığını deyib.

Link kopyalandı!
Son xəbərlər