Bizi sosial şəbəkələrdən izləyin:
Almaniya hökuməti gələcəkdə zaman itkisinə yol verməmək məqsədilə Hörmüz boğazı istiqamətinə hərbi gəmilər yollayıb.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Rheinische Post" nəşrinə açıqlamasında danışıb.
"Zamanı qənaətlə istifadə etmək məqsədilə bəzi Almaniya hərbi hissələrinin əvvəlcədən Aralıq dənizi sularına göndərilməsi barədə qərar qəbul etdik. Bununla da [Bundestaq] tərəfindən müvafiq mandat verildikdən sonra əlavə vaxt itkisinin qarşısını almış olacağıq", - deyə nazir qeyd edib.
B.Pistoriusun məlumatına əsasən, Aralıq dənizinə bir təchizat və bir minaaxtaran gəmi istiqamətləndirilib. Müdafiə naziri əlavə edib ki, Almaniya parlamenti (Bundestaq) həmin gəmilərin Hörmüz boğazında dislokasiyasını "olduqca qısa müddətdə" təsdiq edə bilər.