Tehran aeroportu iki aylıq fasilədən sonra işə başlayıb
Dünya
205
12:24, Bu gün

Tehran aeroportu iki aylıq fasilədən sonra işə başlayıb

Tehrandakı Xomeyni beynəlxalq hava limanı 25 apreldə fəaliyyətini bərpa edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran mediasında müvafiq bəyanat yayılıb.
 
Bəyanatda deyilir: "Bu gün, 25 aprel şənbə günü, günəşin doğması ilə Tehran səması beynəlxalq uçuşların bərpasının şahidi oldu".
 
İlk sərnişin qrupu Mədinə (Səudiyyə Ərəbistanı), Maskat (Oman) və İstanbula (Türkiyə) yola düşüb.
 
Daha əvvəl Tehran aeroportunun direktoru Ramin Kaşif Azar digər beynəlxalq marşrutlara icazənin tədricən veriləcəyini bildirmişdi.
 
Hava limanı fəaliyyətini iki ay öncə başlanan müharibəyə görə dayandırmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər