Pakistan Prezidenti bu gün Çinə səfər edəcək
Dünya
261
11:26, Bu gün

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Pakistan Prezidenti Asif Əli Zərdari aprelin 25-dən mayın 1-dək Çinə rəsmi səfər edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Zərdari aprelin 25-dən 27-dək Çanşa şəhərinə (Xunan əyaləti) səfər edəcək, daha sonra isə aprelin 28-dən mayın 1-dək qalacağı Sanya şəhərinə (Xaynan əyaləti) yollanacaq.
 
Səfər zamanı əyalət rəhbərlikləri ilə görüşlər planlaşdırılıb. Bu görüşlərdə tərəflər iqtisadi və ticarət əməkdaşlığına, həmçinin Çin-Pakistan İqtisadi Dəhlizinin (China-Pakistan Economic Corridor) reallaşdırılmasına xüsusi diqqət yetirərək Pakistan və Çin arasındakı ikitərəfli münasibətləri müzakirə edəcəklər.
 
Bildirilib ki, səfər iki ölkə arasında müntəzəm yüksək səviyyəli təmaslar ənənəsi çərçivəsində həyata keçirilir və bu il qeyd olunan diplomatik münasibətlərin qurulmasının 75 illiyi ilə əlaqədar xüsusi əhəmiyyət kəsb edir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər