İndoneziya Hörmüz boğazına qoşun göndərməkdən imtina etdi
Dünya
253
13:12, Bu gün

İndoneziya Hörmüz boğazına qoşun göndərməkdən imtina etdi

İndoneziya hökuməti Böyük Britaniya və Fransanın Hörmüz boğazında dəniz naviqasiyasının təhlükəsizliyini təmin etmək məqsədilə yaratdıqları missiyaya qatılmaqdan, bölgəyə hərbi kontingent yollamaqdan imtina edib.
 
Moderatorz "Jakarta Globe" nəşrinə istinadla bildirir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin rəhbəri Suqiono məlumat verib.
 
Nəşr nazirin sözlərindən sitat gətirib:
 
"Bizim bu missiyada iştirakımız məqsədəuyğun deyil. Belə bir addım dövlətimizin neytral statusuna zidd olardı".
 
Qəzet qeyd edir ki, hazırda Hörmüz boğazında İndoneziyaya məxsus iki neft tankeri hələ də hərəkətsiz vəziyyətdə qalıb.
 
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bir müddət öncə 49 dövlətin qatıldığı zirvə toplantısından sonra Birləşmiş Krallıq və Fransanın Hörmüz boğazında sərbəst dəniz hərəkətini qorumaq məqsədli beynəlxalq missiyaya liderlik edəcəklərini bildirmişdi. Həmin vaxt hökumət rəhbəri missiya barədə daha ətraflı detalların Londonda təşkil olunacaq müdafiə planlaşdırılması konfransının ardınca elan olunacağını vurğulamışdı.
 
Paris və London rəsmilərinin açıqlamalarına əsasən, artıq bir sıra dövlətlər sözügedən missiyada yer almaq üçün öz qüvvələrini göndərmək niyyətindədir. Almaniya və Ukrayna da bu təşəbbüsə qoşulmaq istəklərini ifadə ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər