Paşinyan Anna Akopyanla barışır
Dünya
217
15:50, Bu gün

Paşinyan Anna Akopyanla barışır

Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan Anna Akopyanla yenidən bir araya gəlmək üçün addımlar atıb.
 
Moderator.az Ermənistan KİV-ə istinadla məlumat verir ki, baş nazir bu barədə mətbuat konfransı zamanı media nümayəndəsinin müvafiq sualına cavab verərkən qeyd edib.
 
Hökumət rəhbərinin sözlərinə görə, fevral ayının axırlarında Akopyanın birlikdə yaşamamaq qərarını (iqamətgahı tərk edərək kirayə çıxmasını - red.) ictimaiyyətə açıqlamasından sonra, o bu seçimə hörmətlə yanaşdığını bildirib. Ancaq vurğulayıb ki, qərara hörmət etmək onunla tamamilə razılaşmaq anlamına gəlmir.
 
Paşinyan qeyd edib: "Məhz bu səbəbdən münasibətlərin bərpası üçün cəhd göstərdim və ailəmizi qoruyub saxlamaq üçün mənə daha bir imkan yarandığına görə xoşbəxtəm".
 
Qeyd edək ki, bir müddət öncə Paşinyan dövlət iqamətgahından video yayımlayıb və kadrların fonunda qısa müddətlik Anna Akopyan da diqqət çəkib. Bunun ardınca cütlük Gümrü şəhərində təşkil olunan avtoyürüşdə birgə iştirak edib.
 
Xatırladaq ki, bir müddət əvvəl Anna Akopyan Ermənistanın baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər