20:00
10°C
Bakı
İran razılığa gəlməyənə qədər Hörmüz boğazı tam bağlı qalacaq.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında bildirib.
O, ABŞ-ın Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.
Tramp qeyd edib ki, heç bir gəmi ABŞ donanmasının icazəsi olmadan ora daxil ola və ya tərk edə bilməz.
Tramp İran hakimiyyətində siyasi çəkişmələr olduğunu da vurğulayıb.
“İran liderin kim olduğunu müəyyən etməkdə çətinlik çəkir. Onlar sadəcə bunu bilmirlər. Döyüş meydanında çox pis uduzan sərt xətt tərəfdarları və çox da mötədil olmayan mötədillər arasında gedən dava həngamədir”, - ABŞ prezidenti yazıb.
Qeyd edək ki, İran Hörmüz boğazına nəzarətin SEPAH-ın əlində olduğunu bəyan edir.