Finlandiya dronlara qarşı müdafiəni gücləndirmək üçün Avropa Komissiyasından vəsait istəyir
Dünya
191
17:47, Bu gün

Finlandiya dronlara qarşı müdafiəni gücləndirmək üçün Avropa Komissiyasından vəsait istəyir

Finlandiya hökuməti Sərhəd Xidməti üçün pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması və onlara qarşı mübarizə sistemlərinin alınması məqsədilə Avropa Komissiyasından əlavə 35 milyon avro almaq üçün müraciət etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Finlandiya hökumətinin saytında bildirilib.

Qeyd olunub ki, yeni sistemlər ölkənin şərq sərhədində və Fin körfəzi ərazisində PUA-ların aşkarlanması və monitorinqi üzrə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək, həmçinin onlara qarşı mübarizə aparmağa imkan verəcək.

Satınalmaların əsasən 2027-2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır. Avropa İttifaqı vəsaitləri avadanlıqların alınması, sistemlərin inteqrasiyası və heyətin təlimi üçün istifadə oluna bilər, eyni zamanda maliyyələşdirmə xərclərin 90%-ə qədərini qarşılaya bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər