Yaxın günlərdə ABŞ-İran danışıqları bərpa edilə bilər
Dünya
253
18:37, Bu gün

Yaxın günlərdə ABŞ-İran danışıqları bərpa edilə bilər

Pakistan rəhbərliyi ABŞ və İran arasında yaxın 36-72 saat ərzində danışıqların yeni mərhələsinin keçirilə biləcəyini proqnozlaşdırır. ABŞ Prezidenti Donald Tramp da hadisələrin bu istiqamətdə inkişafını mümkün hesab edir.

Moderator.az "New York Post" nəşrinə istinadən xəbər verir ki, İslamabaddakı diplomatik mənbələr Tehranla vasitəçilik səylərinin müsbət nəticə verdiyini və tərəflər arasında sülh danışıqlarını bərpa etmək üçün real imkanın yarandığını bildirirlər.

Nəşr məlumatı dəqiqləşdirmək üçün Donald Trampa müraciət edib. ABŞ prezidenti bu ehtimalı təsdiqləyərək, "Bu mümkündür!" şəklində yazılı cavab verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər