Cənubi Koreyada pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub
Dünya
266
18:25, Bu gün

Cənubi Koreyada pilotların telefonla şəkil çəkməsi qəzaya səbəb olub

Cənubi Koreya iki qırıcı təyyarə havada toqquşub.

Moderator.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, iki "F-15K" qırıcısının toqquşması pilotların mobil telefonlarla foto və video çəkməyə diqqətlərinin yayınması səbəbindən baş verib.

Hadisə bir neçə il əvvəl baş versə də, təfərrüat indi açıqlanıb.

Pilotlardan biri, izləyici rolunu yerinə yetirən şəxs, bölmədəki son uçuşu zamanı xatirə şəkilləri çəkmək niyyəti barədə əvvəlcədən məlumat veribmiş.

Qeyd olunur ki, belə təcrübə o zaman pilotlar arasında geniş yayılmışdı. Bazaya qayıdarkən izləyici pilot şəkil çəkməyə başlamış, aparıcı təyyarənin heyəti də video çəkməyə qərar verib. Daha yaxşı rakurs əldə etmək üçün izləyici yüksəklik qazanma və çevrilmə manevri icra etmiş, nəticədə təyyarələr təhlükəli şəkildə bir-birilərinə yaxınlaşıblar.

Aparıcının kəskin enmə yolu ilə toqquşmanın qarşısını almaq cəhdi uğursuz olub - qırıcılar bir-birinə toxunublar. Toqquşma nəticəsində təyyarənin birinin qanadı və digərinin quyruq hissəsi zədələnib.

Hər iki pilot sağ qalıb və xəsarət almayıblar. Lakin qırıcıların təmiri təxminən 500 min dollara başa gəlib. Hadisədən sonra izləyici pilot xidmətdən kənarlaşdırılıb, daha sonra ordudan ayrılaraq kommersiya aviasiyasında işə düzəlib.

Hərbi Hava Qüvvələri (HHQ) ondan təxminən 500 min dollar tələb etməyə çalışmış, lakin o bu qərarı mübahisələndirib. Yoxlamanın nəticələrinə görə məsuliyyətin bir hissəsinin HHQ komandanlığının üzərinə düşdüyü müəyyən edilib - uçuşlar zamanı şəxsi cihazların istifadəsini tənzimləyən aydın qaydaların olmaması səbəbindən. Nəticədə pilot zərərin yalnız bir hissəsini ödəməli olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər