Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub - Ölənlər var
Dünya
258
18:17, Bu gün

Ukraynaya məxsus avtobus öz sərnişinlərini vurub - Ölənlər var

Bolqarıstanda Ukraynaya məxsus turist avtobusu öz sərnişinlərinin üzərinə sürüb və onları vurub. Hadisə nəticəsində ən azı iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Novinite" portalı məlumat verib.

Məlumata görə, içində 37 sərnişin və iki sürücünün olduğu Ukrayna avtobusu yanacaq çatışmazlığı səbəbindən Burqas-Malko-Tırnovo yolunda dayanıb. Lakin sonradan vəziyyət gözlənilməz şəkildə dəyişib.

Sərnişinlər avtobusdan düşüb və onun arxasında dayanıblar. Onlar yanacağın doldurulmasını gözlədikləri bir məqamda avtobus onlara tərəf sürüşüb.

Hazırda polis hadisənin səbəbini müəyyən etmək üçün işlər aparır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər