BƏƏ hava məkanında tətbiq edilən uçuş məhdudiyyətlərinin müddətini uzatdı
Dünya
278
16:10, Bu gün

BƏƏ hava məkanında tətbiq edilən uçuş məhdudiyyətlərinin müddətini uzatdı

ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarla əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava məkanına əvvəllər tətbiq olunan məhdudiyyətlər bazar ertəsi, aprelin 27-dək qüvvədə saxlanılacaq.

Moderator.az-ın xəbərinə görə, bu barədə Yaxın Şərqin hava hərəkətinin idarə olunması xidmətindəki mənbə məlumat verib.

Bildirilir ki, BƏƏ-nin hava məkanı bazar ertəsi Bakı vaxtı ilə ən azı saat 16:00-a (UTC vaxtı ilə) qədər qismən bağlı qalacaq:

"Konkret olaraq, yerli hava limanlarına gəliş və gediş uçuşları üçün cəmi altı dəhliz fəaliyyətini davam etdirir, qonşu Qətərin hava limanlarına ölkə ərazisi üzərindən həyata keçirilən uçuşlar üçün isə əlavə iki marşrut təyin edilib".

Bildirək ki, BƏƏ-nin mülki aviasiya qurumları ölkəyə reyslər planlaşdıran xarici aviaşirkətlərə mütləq şəkildə dəyərləndirilməli olan potensial əməliyyat riskləri haqqında xəbərdarlıq göndərib. Uçuşları həyata keçirmək üçün həmin şirkətlər əməliyyat risklərinin qiymətləndirilməsi barədə ərizə ilə BƏƏ-nin tənzimləyici orqanına müraciət edərək təsdiq bildirişi almalıdırlar. Qeyd olunan bu prosedurun mayın 7-nə qədər tətbiq ediləcəyi proqnozlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər