İraqda qaz böhranı: Bağdadda restoran və kafelər fəaliyyətini dayandırır
Dünya
273
16:00, Bu gün

İraqda qaz böhranı: Bağdadda restoran və kafelər fəaliyyətini dayandırır

Yaxın Şərq regionunda yaranmış gərgin vəziyyətlə əlaqədar qaz balonlarının qiymətinin kəskin artması və mavi yanacaq qıtlığı Bağdadda fəaliyyət göstərən bir çox kafe və restoranları işini müvəqqəti dayandırmağa məcbur edib.

Moderator.az xəbər verir ki, bu barədə "Shafaq News" xəbər portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, kiçik kafelərin sahibləri qaza ucuz alternativ olaraq kömürdən istifadəyə keçə bilsələr də, daha iri ictimai iaşə müəssisələri qeyri-müəyyən müddətə bağlanmalı olublar.

Portal bildirir ki, İraqın bir neçə ərazisində məişət qazı çatışmazlığı qeydə alınır. Bununla əlaqədar olaraq ölkənin Neft Nazirliyi idxal hesabına yerli bazara bu yanacaq növünün tədarükünü artırmaq üçün müvafiq addımlar atıb. Dövlət rəsmiləri tədarük həcminin azalmasını regiondakı gərginlikdən qaynaqlanan logistika problemləri və daxili hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, aprelin 7-də "Al Araby" telekanalı İraqın Elektrik Energetikası Nazirliyinə istinadən ölkədə qaz istehsalının 50% azalaraq sutkada 400 min kub fut (təxminən 11.3 min kubmetr) səviyyəsinə düşdüyünü xəbər verib. Dövlətin əsas qaz yataqları cənubda, Bəsrə əyalətində və qismən şimalda - İraq Kürdüstanı ərazisində yerləşir. Bundan əvvəl İraq rəhbərliyi bölgədəki vəziyyət səbəbindən Bəsrədəki neft-qaz infrastrukturunun fəaliyyətində yaranan fasilələr barədə açıqlama verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər