Dünya
865
19:50, Bu gün

"Rusiyada böyük qalmaqal: Viktoriya Bonya Putinə müraciət etdi və hücumlara məruz qaldı" - BBC

"Blogerin çıxışı Rusiyada həm hakimiyyətə yaxın dairələri, həm də mediaya çevrələri hərəkətə gətirdi..."

Rusiyalı bloger Viktoriya Bonya gözlənilmədən Vladimir Putinə videomüraciət edərək ölkədə insanların prezidentdən qorxduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Gözlənilməz müraciət və milyonlarla baxış

Bonyanın müraciətində deyilir: "Vladimir Vladimiroviç, sizdən qorxurlar. Xalq sizdən qorxur, blogerlər, artistlər, hətta qubernatorlar qorxur. Amma biz qorxmamalıyıq". Bonya həmçinin iddia edib ki, ölkədəki real problemlər prezidentdən gizlədilir.

O, Dağıstandakı daşqınları, iqtisadi çətinlikləri və internet məhdudiyyətlərini sadalayıb. Onun sözlərinə görə, xalqla hakimiyyət arasında "divar" var. Bu müraciət qısa müddətdə böyük rezonans doğurub və sosial şəbəkələrdə on milyonlarla baxış toplayıb.

Kremlin reaksiyası və mediada hücumlar

Kreml məsələyə nisbətən sakit reaksiya verib. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, səsləndirilən problemlər diqqətdən kənarda deyil və bu istiqamətdə iş aparılır. Lakin hakimiyyətə yaxın media və blogerlər Bonya üzərinə sərt hücuma keçiblər.

Xüsusilə televiziya aparıcısı Vladimir Solovyov onu "agent" adlandıraraq "fahişə" və digər ağır ifadələrlə təhqir edib və hətta hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb. Digər siyasətçilər və şərhçilər də Boniyanı "Qərbin ritorikasını yaymaqda" ittiham ediblər. Sosial şəbəkələrdə isə onun əleyhinə koordinasiyalı kampaniyanın aparıldığı bildirilir.

Qarşılıq və yeni qalmaqal dalğası

Bonya isə ittihamlara cavab olaraq geri çəkilməyib. O bildirib ki, özünü müxalifətə aid etmir və yalnız "xalqın səsi" kimi çıxış edir: "Мəni ora qatmayın, mən sizinlə deyiləm, mən xalqın içindəyəm".

Bloger eyni zamanda Vladimir Solovyov və bəzi digər şəxslərə qarşı məhkəmə iddiası hazırladığını açıqlayıb. Onun sözlərinə görə, efirdə qadınlara qarşı təhqiramiz ifadələr "ənənəvi dəyərlərlə ziddiyyət təşkil edir". 

Maraqlıdır ki, bu qalmaqal təkcə Rusiyada deyil, Qərb mediasında da diqqət çəkib. Bəzi nəşrlər Boniyanın çıxışını cəmiyyətdə dəyişiklik siqnalı kimi qiymətləndirib. Beləliklə, sadə bir videomüraciət qısa müddətdə siyasi və media qarşıdurmasına çevrilərək Rusiyada yeni müzakirə dalğası yaradıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər