19:10
11°C
Bakı
ABŞ ordusu Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında "Tifani" tankerini ələ keçirib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, ölkə nişanı olmayan gəmi ABŞ-nin sanksiyaları altında üzüb.
Qeyd olunur ki, əməliyyat insidentsiz başa çatıb.
Pentaqondan bildirilib ki, ABŞ ordusu İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin qarşısını almaq üçün tədbirləri davam etdirəcək.