Türkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb
Dünya
193
17:17, Bu gün

Türkiyədə məktəblərə hücumla bağlı 400-dən çox şəxs saxlanılıb

Şanlıurfa və Kahramanmaraşda məktəblərə hücumlarla bağlı aparılan əməliyyatlar çərçivəsində 411 nəfər saxlanılıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

"Araşdırmalar zamanı qəsdən dezinformasiya yayan, ictimaiyyət arasında nifrət və düşmənçilik hisslərini oyandırmağa yönəlmiş paylaşımlar edən sosial media hesabları müəyyən edilib. Təhlükəsizlik Baş İdarəsi sosial mediada təhdid və çağırışlar edən ümumilikdə 411 şübhəli şəxsi saxlayıb, 1 866 sosial media ünvanına giriş bloklanıb. Təhqiramiz və təxribat xarakterli məzmunlu 307 hesab inzibatçısı da müəyyən edilib. Hadisələrlə bağlı məlumat paylaşan "C31K" qrupuna məxsus 111 "Telegram" kanalı da bağlanılıb", - deyə xəbərdə bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər