Səid Xətibzadə:
Dünya
243
17:15, Bu gün

Səid Xətibzadə: "İran heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmir"

"İran Amerika Birləşmiş Ştatları ilə hər hansı bir müvəqqəti atəşkəs sazişinə qarşıdır, çünki belə addımlar gələcəkdə hərbi əməliyyatların yenidən başlamasına səbəb ola bilər".

Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə verdiyi müsahibəsində bildirib:

"Biz heç bir müvəqqəti sülh razılaşmasını qəbul etmirik. Bu, diplomatik imkanları tükədən və yenidən müharibəyə gətirib çıxaran qüsurlu bir dairədir. Buna son qoyulmalıdır".

Xətibzadə onu da vurğulayıb ki, vasitəçilər vasitəsilə davam edən əlaqələr məhz daimi həll yolunun tapılması məqsədilə həyata keçirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər