Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik
Siyasət
194
20:31, Bu gün

Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını region və qonşu dövlət olaraq Gürcüstan məmnuniyyətlə dəstəkləyir.

Moderator.az xəbər verir ki, bunu Gürcüstan Hökuməti Administrasiyasının rəhbəri Levan Jorjoliani Antalya Diplomatiya Forumu çərçivəsində deyib.

O qeyd edib ki, Gürcüstan region dövlət olaraq Azərbaycan və Ermənistana dəstəyini davam etdirəcək:

"Eyni zamanda, ticarət həcmlərinin artırılması üçün onlara kömək edir və bu prosesi asanlaşdırırıq. Bu məqsədlə Ermənistan və Azərbaycan arasında ticarətin həyata keçirilməsi üçün Gürcüstan ərazisindən, onun dəmir yolu və avtomobil infrastrukturlarından istifadə olunur. Biz gələcəkdə də dostlarımıza dəstək göstərməyə və yardım etməyə hazırıq". (report)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər