21:27
13°C
Bakı
Ankara Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan "X" sosial şəbəkə hesabında yazıb.
"Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi, regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə-Gürcüstan-Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım. Biz həmçinin bu təşəbbüsün irəlilədilməsi ilə bağlı sonrakı detalları müzakirə etdik", - deyə A.Simonyan bildirib.