Sensasiyalı iddia: ABŞ aviadaşıyıcılarının heyəti ərzaq qıtlığından əziyyət çəkir
Dünya
278
16:15, Bu gün

Sensasiyalı iddia: ABŞ aviadaşıyıcılarının heyəti ərzaq qıtlığından əziyyət çəkir

İrana qarşı müharibə ilə əlaqədar Yaxın Şərqdə yerləşdirilmiş "USS Tripoli" desant gəmisi və "USS Abraham Lincoln" aviadaşıyıcısının heyəti ərzaq qıtlığı və qidalanmanın aşağı keyfiyyəti problemi ilə üzləşib.

Moderator.az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.

Nəşr hərbi qulluqçuların ailələrinə istinadən bildirir ki, gəmilərdəki qida ehtiyatları tükənmək üzrədir: təzə meyvə və tərəvəzlər yoxdur, porsiyalar kiçildilib, menyu isə, əsasən, emal edilmiş məhsullardan ibarətdir.

Qeyd olunub ki, heyət üzvləri qidalanmanı normalaşdırmağa məcburdurlar, eyni zamanda, ehtiyatların yenidən doldurulması üçün missiya başa çatana qədər limanlara giriş planlaşdırılmır.

Xatırladaq ki, hər iki gəmi İrana qarşı hərbi əməliyyat çərçivəsində regiona göndərilən ABŞ Hərbi Dəniz Qüvvələri qruplaşmasına daxildir. Hazırda akvatoriyada "USS Gerald R. Ford" aviadaşıyıcısı da yerləşir, "USS George H. W. Bush" gəmisi isə dislokasiya yerinə doğru hərəkət edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər