02:03
7°C
Bakı
"Ukraynanın Almaniya ilə dörd milyard avroluq yeni əməkdaşlıq paketi "Patriot" zenit-raket kompleksləri üçün raketlərin alınmasını, həmçinin dronların birgə istehsalını nəzərdə tutur".
Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Mixail Fyodorov almaniyalı həmkarı Boris Pistoriusla danışıqların yekunlarına dair bildirib.
Onun sözlərinə görə, səfər zamanı Ukrayna və Almaniya hava hücumundan müdafiənin gücləndirilməsi, uzaqmənzilli sistemlərin istehsalının inkişafı və pilotsuz uçuş aparatlarının istehsalının inkişafı haqqında üç mühüm saziş imzalayıblar.