02:04
7°C
Bakı
İsrail və Livan nümayəndələri ABŞ-da keçirilən görüşün nəticəsində Hizbullahın tam şəkildə tərksilah olunması barədə razılıq əldə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə “NBC Nyus” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər İranın Livana təsirinin məhdudlaşdırılması barədə də müzakirə aparıblar. Bundan əlavə, ABŞ tərəfindən Livandakı köçkünlərə 58,8 milyon dollar məbləğində humanitar yardım təsdiqlənib.
Qeyd edək ki, bu gün ABŞ-da İsrail və Livan nümayəndələri arasında görüş keçirilib.