Qalibaf: Livan atəşkəs razılaşmasının ayrılmaz hissəsidir
Dünya
1320
09 Apr 2026 | 16:55

Qalibaf: Livan atəşkəs razılaşmasının ayrılmaz hissəsidir

İranın müttəfiqləri kimi, Livan və Müqavimət Cəbhəsinin bütün istiqamətləri atəşkəs razılaşmasının ayrılmaz hissəsidir.

Moderator.az xəbər verir ki, bu barədə İran parlamentin sədri Məhəmməd Baqir Qalibaf “X”də yazıb.

“Hörmətli Pakistan Baş naziri Şahbaz Şərif bu məsələ ilə bağlı Livanın əhəmiyyətini aydın və açıq şəkildə vurğulayıb. Burada inkar və geriyə çəkilməyə yer yoxdur. Atəşkəs pozuntuları ciddi nəticələrə və sərt cavablara səbəb olur”, - Qalibaf qeyd edib.

O, atəşi dərhal dayandırmağa çağırıb.

Link kopyalandı!
Son xəbərlər