ABŞ Çində dəniz terminalı işlədən bir şirkətə İran neftini idxal etdiyinə görə sanksiya tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott məlumat verib.
Məlumata görə, “Qindao Haiye Oil Terminal Co.” və şirkətin prezidenti qara siyahıya salınıb.
Dövlət Departamenti iddia edir ki, şirkət on milyonlarla barel sanksiya tətbiq olunmuş İran xam neftini idxal edib.
Dövlət Departamentinin məlumatına görə, İran tankerlərindən ibarət kölgə donanmasını idarə etməkdə iştirak etdiyi iddia edilən daha iki gəmiçilik şirkətinə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bunlar Böyük Britaniyada yerləşən “Thriving Times International Co.” və Honkonqda yerləşən “Onboard Ship Management Limited” şirkətləridir.
“Thriving Times International Co.” tərəfindən idarə olunan Panama bayrağı altında üzən “New Fusion” tankeri də qara siyahıya salınıb.