Netanyahu “Hizbullah”la bağlı Livana xəbərdarlıq edib
2516
22 Oct 2023 | 20:23

Netanyahu “Hizbullah”la bağlı Livana xəbərdarlıq edib

“Fələstin-İsrail münaqişəsində “Hizbullah”ın fəallaşması Livana dağıdıcı nəticələr gətirəcək”.
 
Moderator.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
 
“O (“Hizbullah” hərəkatı – Qeyd) həyatının səhvini edəcək. Biz ağlasığmaz miqyasda zərər verəcəyik və bu, Livan üçün dağıdıcı olacaq”, - deyə o əlavə edib.
 
Qeyd edək ki, oktyabrın 7-də “HƏMAS” İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa Daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə daxil olaraq onlarla hərbi texnikanı və yüzdən çox mülki şəxsi girov götürüb. Bunun fonunda Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
 
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlandırılıb və məqsədlərindən biri də “HƏMAS”ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında “HƏMAS”ın yüzlərlə hədəfinə zərbələr endirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər