Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq
1443
26 Jun 2023 | 21:17

Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq

Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq.

Bu barədə “Egypt Air” hava şirkətinin Qahirədəki baş ofisindən məlumat verilib.

Aviadaşıyıcının nümayəndəsinin sözlərinə görə, indi Misirə daxil olmaq üçün 8 saatdan 96 saata qədər tranzit vizası almaq mümkündür.

Qeyd olunub ki, əgər xarici vətəndaş belə bir viza almaq istəyirsə, Qahirə Beynəlxalq Hava Limanında gəldiyi aviaşirkətin tranzit ofisinə müraciət etməli və bu cür hallar üçün adi olan xüsusi sertifikat formasını doldurmalıdır. Formanı doldurmaq pulsuzdur.

Link kopyalandı!
Son xəbərlər