Erməni general Qarabağ müharibəsinə görəxa0dindiriləcək
3177
01 Apr 2023 | 10:14

Erməni general Qarabağ müharibəsinə görəxa0dindiriləcək

Ermənistan parlamentinin İkinci Qarabağ müharibəsini araşdıran komissiyası apreldə növbəti iclasını keçirəcək.

 

Bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Nəşrin mənbəsi bildirir ki, müharibə zamanı Ermənistan ordusunun baş qərargah rəisi olan general-polkovnik Onik Qasparyan yenidən iclasa dəvət ediləcək və dindiriləcək.

 

O, bundan əvvəl martın 16-da və 20-də istintaq komissiyasının işində iştirak edib.

 

Qeyd edək ki, Ermənistan parlamenti 2021-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyası yaradıb. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər