Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb
194
11 May 2026 | 13:11

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiya siyahısına daha 85 mövqe əlavə edilib.

Bu sanksiyalar əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən, sanksiyalardan yayınmağa kömək edən, Rusiya hərbi-sənaye kompleksinə texnologiya və avadanlıq təmin edən, həmçinin “kölgə donanması”, logistika, dron istehsalı və maliyyə şəbəkələri ilə əlaqəli şəxs və qurumlara qarşı tətbiq olunub.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər