09:38
24°C
Bakı
"Başda Prezidentimiz, Ali Baş Komandanımız olmaqla şanlı Ordumuz bizə əbədi xoşbəxtlik bəxş etdi, torpaqlarımız işğaldan azad olundu. Bundan sevincli gün ola bilməz".
Moderator.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Məhəmməd Mamedov deyib.
O bildirib ki, artıq rahat evdə yaşayacaq, çətin günlər geridə qalıb:
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ağdamdan 32 yaşımda çıxmışdım, 71 yaşımda qayıdıram".