Örüş və otlaq sahələrinin effektiv idarəedilməsi sistemi yaradılacaq.
Moderator.az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-30-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Qeyd olunur ki, örüş və otlaq sahələrinin münbitliyinin bərpası istiqamətində də işlər görüləcək.
Həmçinin proqramda aşağıdakılar nəzərdə tutulub:
- kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin qorunması məqsədilə interaktiv nəzarət mexanizminin tətbiqi;
- kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin pozulması hallarında bərpayönümlü (rekultivasiya) tədbirlərin görülməsi mexanizminin yaradılması və tətbiqi;
- torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihə olaraq tətbiqi;
- əkin sahələrinin aqrokimyəvi göstəricilər əsasında xəritələşdirilməsi;
- torpaq analiz sisteminin müasirləşdirilməsi.