Miqrant Uşaqlara Dəstək İctimai Birliyi miqrant uşaqlar üçün Azərbaycan dili kursu təşkil edib
Cəmiyyət
226
18:41, Bu gün

Miqrant Uşaqlara Dəstək İctimai Birliyi miqrant uşaqlar üçün Azərbaycan dili kursu təşkil edib

21 may 2026-cı il tarixində Miqrant Uşaqlara Dəstək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində miqrant uşaqlar üçün Azərbaycan dili kursu təşkil edib.

Dil kursunda layihə rəhbəri Fatma Məmmədova, təlimçi Gülyaz Əsgərova və ümumilikdə 10 nəfər miqrant uşaq iştirak edib. Təlimin əsas məqsədi uşaqların Azərbaycan dilində ünsiyyət bacarıqlarının artırılması, onların dil biliklərinin inkişaf etdirilməsi, həmçinin cəmiyyətə inteqrasiya prosesinə dəstək göstərilməsi olub. İki saat davam edən kurs interaktiv və maarifləndirici formada təşkil edilib.

Təlim zamanı iştirakçılara müxtəlif dərs vəsaitləri - qələm, dəftər və tapşırıqlar təqdim olunub, Azərbaycan dilinin qrammatik xüsusiyyətləri, düzgün danışıq qaydaları və gündəlik ünsiyyətdə istifadə olunan ifadələr barədə geniş məlumat verilib. Kurs ərzində uşaqlarla qarşılıqlı müzakirələr aparılıb, onların dil bacarıqlarının inkişaf etdirilməsi üçün praktik çalışmalar həyata keçirilib.

Tədbirin daha maraqlı və iştirakçılar üçün motivasiyaedici olması məqsədilə uşaqlar kiçik komandalara bölünüb və Azərbaycan dili qrammatikası üzrə yarış təşkil olunub. Yarış zamanı iştirakçılara müxtəlif qrammatik mövzularla bağlı suallar təqdim edilib, komandalar sualları birlikdə müzakirə edərək cavablandırıblar. Daha sonra hər bir komanda öz cavablarını və yanaşmalarını təqdim edib. Təqdimatlar əsasında iştirakçıların çıxışları qiymətləndirilib və onların fəallığı xüsusi qeyd olunub.

Keçirilən Azərbaycan dili kursu miqrant uşaqların həm dil biliklərinin artırılması, həm də onların sosial adaptasiya və cəmiyyətə inteqrasiya prosesinin gücləndirilməsi baxımından əhəmiyyətli olub. Təlim müddətində uşaqların aktiv iştirakı, komanda işi və öyrənməyə marağı tədbirin səmərəli keçdiyini göstərib.


 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər