Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Cəmiyyət
239
18:26, Bu gün

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
 
Aleksandar Vuçiç BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının əhəmiyyətini vurğulayaraq, bu tədbirin Bakıda keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
 
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
 
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin fevralında Serbiyaya rəsmi səfəri məmnunluqla xatırlandı, bu səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığı vurğulanıb.
 
Dövlət başçılarının səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi işində önəminə toxunulub.
 
Siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, investisiyalar, birgə layihələrin icrası və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.
 
Görüşdə xalqların yaxınlaşdırılması və turizm potensialımızın möhkəmləndirilməsi baxımından Serbiyanın "Airserbia" şirkətinin Belqrad-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməsinin əhəmiyyətinə toxunulub.
 
Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
17:10
 
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Serbiyanın Prezidenti Aleksandar Vuçiçlə görüşüb.
 
Məlumatı Prezidentin mətbuat xidməti yayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər