Azərbaycanlı aktrisadan vəfat edən əri ilə bağlı PAYLAŞIM
Cəmiyyət
259
11:59, Bu gün

Azərbaycanlı aktrisadan vəfat edən əri ilə bağlı PAYLAŞIM

Aktrisa Günəş Mehdizadə bu yaxınlarda vəfat edən həyat yoldaşı Rasim Mehdizadə ilə bağlı duyğusal paylaşım edib.
 
Moderator.az xəbər verir ki, sənətçi sosial media hesabında həyat yoldaşının xatirəsini yad edərək təsirli sözlər yazıb. O, paylaşımında ayrılığın acısını ifadə edərək, "Sən elə bir yerə getdin ki, orada həmişə günəş olacaq...Sənin günəşin" fikirlərini bölüşüb.
 
Paylaşım izləyicilər tərəfindən kədər hissi ilə qarşılanıb. Bir çox sosial media istifadəçisi aktrisaya başsağlığı verərək ona səbir arzulayıb.
 
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olan səs rejissoru Rasim Mehdizadə 51 yaşında dünyasını dəyişib. Onun vəfatı sənət cameəsində böyük üzüntü ilə qarşılanmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər