İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır
Cəmiyyət
207
13:35, Bu gün

İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır

İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır.
 
Bu barədə Moderator.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, İçərişəhərdə idarəetmə mexanizmlərinin müasirləşdirilməsi və sakinlərlə işin effektivliyinin artırılması məqsədilə strateji layihəyə start verib.
 
İçərişəhərdə ilk dəfə olaraq sakinlərin genişmiqyaslı statistik uçotu aparılır. Prosesin şəffaf və mütəşəkkil idarə olunması, habelə məlumatların düzgün emalı məqsədilə xüsusi Komissiya yaradılıb.
 
Bu tarixi addım ilk növbədə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və onlara göstərilən xidmətlərin fərdiləşdirilməsinə xidmət edir. Proses İdarəyə əhalinin dəqiq sayını, sıxlığını və məskunlaşma coğrafiyasını müəyyən etməyə imkan verəcək ki, bu da gələcək sosial proqramların və infrastruktur layihələrinin daha effektiv planlaşdırılması üçün fundamental baza rolunu oynayacaq. Toplanılan məlumatlar sakinlərin real ehtiyaclarını düzgün təhlil etməyə, kommunal xidmətlərdən tutmuş sosial dəstək tədbirlərinədək hər bir addımın məhz vətəndaş məmnuniyyətinə hədəflənməsinə şərait yaradacaq.
 
Vətəndaşların rahatlığı üçün məlumatların həm kağız, həm də elektron formada toplanılır. Şəxsi məlumatların məxfiliyinə qanunvericilik səviyyəsində tam təminat verilir. Yaradılan məlumat bazasından yalnız sakinlərin həyat keyfiyyətini yüksəldəcək strateji qərarların qəbulu üçün istifadə olunacaq.
 
Hazırda icrasına başlanılmış bu təşəbbüs qədim şəhərin sakinləri üçün yeni xidmət standartları və yüksək rifah vəd edir.
 
Hər bir sakini bu əhəmiyyətli əməkdaşlıqda fəal iştirak etməyə dəvət edirik.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər