121 nəfər ədliyyə orqanlarına qulluğa qəbul üçün imtahan verəcək
Cəmiyyət
265
14:42, Bu gün

121 nəfər ədliyyə orqanlarına qulluğa qəbul üçün imtahan verəcək

Mayın 7-də Azərbaycan Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda 121 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 16:00-da başlanır və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 tapşırıq hüquq və qanunvericilik sahəsi üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Hüquq və qanunvericlik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 , məntiq üzrə isə hər düzgün cavab 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər