Bu gün AzTV-nin Teleradio Akademiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə “Mediada rəqəmsal savadlılıq” mövzusunda təlimlərə start verildi.
Növbəti təlimlər 15 və 25 may 2026-cı il tarixlərində AzTV-nin Teleradio Akademiyasında keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təlimlər çərçivəsində media mütəxəssisləri üçün süni intellekt alətlərindən effektiv istifadə, kontent strategiyasının hazırlanması, süni intellekt əsaslı kiber mühitdə tətbiqlər və kibermaarifləndirmə mövzuları əhatə olunacaq.
Eyni zamanda rəqəmsal savadlılığın əsas istiqamətləri — məlumatın düzgün qiymətləndirilməsi, onlayn təhlükəsizlik, rəqəmsal kommunikasiya, rəqəmsal məzmun yaradıcılığı, əsas texniki bacarıqlar, həmçinin effektiv axtarış və araşdırma vərdişləri iştirakçılara öyrədiləcək.




Pərvin Şakirqızı