İran rialı dollar qarşısında rekord səviyyədə ucuzlaşdı
Dünya
132
17:47, Bu gün

İran rialı dollar qarşısında rekord səviyyədə ucuzlaşdı

İranın milli valyutası olan rialın məzənnəsi sutka ərzində ABŞ dollarına nisbətən rekord səviyyədə ucuzlaşıb.

Moderator.az xəbər verir ki, bu, valyuta və qızılın qiymət dinamikasını izləyən İranın maliyyə portalı TGJU-nun məlumatlarında göstərilib.

Hazırda 1 dollar 1.819 milyon rial dəyərindədir.

Aprelin 28-də 1 dollar 1.65 milyon rial olub ki, bu da məzənnənin 10%-dən çox düşdüyünə dəlalət edir.

2025-ci il ərzində dollar rial qarşısında 83.8% bahalaşıb. Son üç ildə isə ABŞ valyutası İran rialına nisbətən təxminən 219% möhkəmlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər