Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Cəmiyyət
292
15:40, Bu gün

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Salyan, Hacıqabul, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər