Bakı metrosunun bütün stansiyaları BAĞLANDI, sərnişinlər evakuasiya edildi - YENİLƏNİB
Cəmiyyət
451
13:11, Bu gün

Bakı metrosunun bütün stansiyaları BAĞLANDI, sərnişinlər evakuasiya edildi - YENİLƏNİB

"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
 
Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 
"Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik", - deyə qurumdan bildirilib.
 
12:57
 
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
 
Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 
Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
 
12:47
 
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
 
Bu barədə Moderator.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
 
"Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir," - deyə qurumdan bildirilib.
 
12:35
 
"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
 
Bu barədə Moderator.az-a səhmdar cəmiyyətindən bildirilib.
 
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
 
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
 
"Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər